SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Con Harkinsin də ÖZ HACISI VAR İMİŞ... - SƏRT REAKSİYA!

Con Harkinsin də ÖZ HACISI VAR İMİŞ... - SƏRT REAKSİYA!

Tarix:

12-06-2024, 12:34

/ 531 dəfə oxundu.
Con Harkinsin də ÖZ HACISI VAR İMİŞ... - SƏRT REAKSİYA!

"Neçə ildir ki, Bahar ƏŞ prezidenti Con Harkins, zaman zaman ölkəmin Əmək Məcəlləsinin 172.5, 69.7 ,43. 3., 43.4, maddələrini pozub, çoxlu sayda sahə üzrə peşəkar işçini ixtisar edərək,əvəzində Şirvan şəhərindən Hacı Qurbana məxsus "İlkin"MMC-dən dəniz obyektlərində iş təcrübəsi olmayan işçilər gətirmiş(???), öz işçilərinə məcburi ərizə yazdırıb, əmək haqlarını 20% aşağı saldırmış, bununla razılaşmayan işçinin Əmək Müqaviləsində birtərəfli dəyişikliklər edərək daha aşağı maaşlı işə keçirmiş, Əmək Müqavilərərində dəyişikliklər edərək, müvəqqəti müqavilə ilə əvəz etmiş, mütamadi olaraq əmək haqlarını gecikdirib ,hissə-hissə,az miqdarlarla ödəniş etmiş , əvvəllər işçilərə ödənilən gündəlik 5(beş) manat yemək pulunu kəsmiş,və s. Əmək haqlarının gecikdirilməsi isə mütamadi xarakterə çevrilib..." Dia-az.İnfo xəbər verir ki, bu ittihamla Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanımış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

Con Harkins

Hüquq-müdafiəçisi daha sonra bildirir: "Bu haqda məlumatı olan #DövlətƏməkMüfəttişliyiXidməti ,#SOCAR rəhbərliy, SOCAR-n ƏŞ üzrə Müşahidə Şurası susur və düşünürəm ki, kimdənsə qorxurlar.

Con Harkins isə neftimizdən qazandığı milyonları həzm etməklə məşğuldur. Haramın olsun, Con!!!!

Şirkətin hətta Həmkarlar Təşkilatı da var (sədr Fərid İlyasov). O da ölkəmizdə mövcud olan həmkarlar təşkilatları kimi susur..."

Məslə diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq...

Şərhlər

XƏBƏR LENTİ