XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Surət Hüseynovun baş məsləhətçisi haqqında daha bir şok iddia... - "Rəhim Qazıyevi də o vaxtlar..."

Surət Hüseynovun baş məsləhətçisi haqqında daha bir şok iddia... - "Rəhim Qazıyevi də o vaxtlar..."

Surət Hüseynovun baş məsləhətçisi haqqında daha bir şok iddia... - "Rəhim Qazıyevi də o vaxtlar..."
28-07-2017, 15:12

Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov dünən keçmiş polis rəisi Mahmud Hacıyevin müsahibəsində səsləndiridiyi sensasion məqamlarla bağlı fikirlərini yazıb saytımıza göndərib:
"Bildirmək istəyirəm ki, cənab polkovnik Mahmud Hacıyevin məqalədə adını çəkdiyi Yura Süleymanov polkovnik rütbəsi daşıyırdı. Mən Yura Süleymanovu şəxsən 4 iyun 1993-cü il tarixində 907 saylı hərbi hissədə Surət Hüseynovun yanında görmüşdüm. Arıq balacaboy bir adam idi. O zaman da Yura Süleymanov Surət Hüseynovun baş məsləhətçisi sayılırdı. Məni əsir qismində qiyamçı polkovnik Eldar Əliyev Surət Hüseynova təqdim edəndə Yura Süleymanovla eyni familyadan olduğum üçün məndən hansı Süleymanovlardan olduğumu soruşmuşdu. Vurğulamışdım ki, Şamaxlıyam. Həmin ərafələrdə Surət Hüseynov Respublikanın baş naziri təyin edilmişdi. Respublikada Milli Qvardiyadan başqa bütün güc strukturalının rəhbərliyi baş nazirin tabeçiliyində idi. Ali Sovetin sədri ölkə prezidenti səlahiyyətini yerinə yetirən mərhum prezident Heydər Əliyevin şəxsi göstərişi əsasında Gəncə türməsindən azad edilib Bakıya gətirilən bir qrup hərbçi zabitlər arasında mən də vardım. Ölkə rəhbərinin göstərişi əsasında Gəncə şəhərində həbs edilən bir çox vəzifəli hərbçilərin Gəncə türməsindən azad edilərək vəzifə səlahiyyətlərini icra etmələri barəsində göstəriş vermişdi. O cümlədən mən də Milli Qvardiyanın tərkibində vəzifəmin icrasına başlamışdım. Hələ biz Gəncə türməsində Sürət Hüseynovun əsirləri qismində yatanda 20 iyun tarixində ölkə prezidenti səlahiyyətlərini yerinə yetirən Ali Sovetin sədri Heydər Əliyevin göstərişi əsasında Ağdam çəbhə bölgəsində erməni qoşunlarının Ağdam şəhərinə hücumunun qarşısını almaq üçün kömək məqsədi ilə Milli ordu briqadası komandirinin sərəncamına komandir heyəti ilə birgə 150 nəfər hərbi mükəlləfiyətli qvardiyaçı əsgər göndərilmışdi. 24 iyun 1993-cü il tarixində Ağdam şəhəri erməni hərbi birləşmələri tərəfindən işğal olunanda 22 nəfər Qvardiyaçı əsgər itdin düşümüşdü. O zaman övladları Ağdam cəbhə bölgəsində itkin düşən valideynlər Prezident Aparatına, Nazirlər Kabinetinə şikayət edib övladlarının axtarışını tələb edirdilər. Bax onda Mahmud müəllimin adını vuruğuladığı həmin Yura Süleymanov Nazirlər Kabinetində güç strukturaları üzrə şöbənin rəisi idi. Milli Qvardiyanın tərkibində xidmət edib Ağdam Cəbhə Bölgəsində itkin düşən əsgərlərin valideynlərinin şikayəti əsasında Yura Süleymanov prezidentin birbaşa tabeçiliyində olan Milli Qvardiya komandanı polkovnik Taryel Nəsirovu və 4 məsul vəzifəli zabiti Nazirlər Kabinetinə çağırtdıraraq səlahiyyət həddini aşıb həbs etdirmişdi. Ökə rəhbərinin göstərişi əsasında dövlət katibi Lalə Şövkətin müdaxiləsindən sonra Milli Qvardiya komandanı həbsdən azad edilmişdi. O ərəfədə də baş nazir Surət Hüseynovu mühafizə xidəti əməkdaşlarından əlavə Yura Süleymanovun göstərişi əsasında 100-dən artıq silahlı dəstə müşayət edirdi. Belə bir dəstə də Milli Qvardiyanın yaxınlığında Məmmədəmin Rəsulzadə qəsəbəsində yerləşirdi. Nazirlər Kabinetinin şöbə rəisi olan Yura Süleymanovun göstərişi əsasında Bakı şəhərindəki polis şöbələrinin rəisləri bu silahlı dəstələrin gündəlik təlabatlarını ödəmək məcburiyyətində idilər. Rəhim Qazıyevi də o vaxtlar Milli Qvardiyaçılar Milli Qvardiya Alayının komandiri Elmar Hüseynovla görüşəndə Milli Qvardiyanın yaxınlığındakı baş nazir yaşadığı villaya gedib gələndə dəfələrlə görmüşdülər".

Moderator.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.