XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə

Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə

Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə
18-07-2017, 11:43

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.

Təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.

"Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb", - deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.

Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şosse velosipedçisi, Synergy Baku Cycling Project komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə
Mədət Quliyev məşhur velosipedçi ilə veloyürüşdə

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.