Qalib Azərbaycan xalqı...
Bugün mübarizəmizin mənası, bütöv Azərbaycandır. 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən Qarabağ deyil, bütövlükdə Azərbaycan respublikasıdır, müstəqilliyimiz, ərazi bütövlüyümüzdür.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, dövlətimizin qüdrəti, xalqımızın həmrəyliyi, mübarizə əzmi və Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması şərəf və qürur tariximizdir. Bu qələbə, eyni zamanda, tarixi ədalətsizliklərin aradan qaldırılması, yeni reallıqların yaradılması və milli tərəqqinin gələcək konturlarının müəyyənləşdirilməsi baxımından da olduqca əlamətdardır.
Hər birimizin qəlbində ana kimi müqəddəs, şirin bir hiss yaşayır. Bu vətənə olan sevgi, doğma torpağa qarşı məhəbbət hissidir. 44 günlük müharibənin ilk günlərindən Azərbaycan ordusu vətənpərvərlik dastanı yazdı, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan igidlərimiz tarix yazdılar. Xalq igidlərilə həmişə qürur duyub, fəxr edəcək. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır.
30 ilə yaxın doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərimizin də arzuları həyata keçmiş oldu. Biz artıq qalib bir dövlətdə yaşayırıq. Bununla ədalət bərpa olundu. Təbii ki, bu ilk növbədə xalqımızın zəfəridir, döyüş meydanında düşmənə tarixi dərs keçən igid oğullarımızın qələbəsidir.
Müharibə bitsə də bütün gücümüzü səfərbər etməli, birlik və həmrəyliyimizi qorumalıyıq, bu mübarizənin qalibi kimi bir olmalıyıq, düşmənin yenidən dirçəlməsinə imkan verməməliyik.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan İlham Əliyev Cənabları!
Qarabağ Azərbaycandır!
Firuzə Əsədova,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək