SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Xalqdan gizlədilmiş tarixi həqiqətlər..

Xalqdan gizlədilmiş tarixi həqiqətlər..

Tarix:

30-08-2021, 15:35

/ 1 314 dəfə oxundu.
Xalqdan gizlədilmiş tarixi həqiqətlər..

Azərbaycan xalqı əsrlər boyu müxtəlif haqsızlıqlarla, ədalətsizliklərlə üzləşmiş, lakin şanlı, şərəfli tarixi ilə öyünən, qürur hissi keçirən ulu, müdrik xalqımız qarşılaşdığı çətinlikləri, ayrı-ayrı mürtəce qüvvələr tərəfindən yaradılmış süni maneələri mətanətlə, yüksək iradə nümayiş etdirərək dəf etmiş, bütün sınaqlardan alnıaçıq, üzüağ çıxmışdır.
XX əsrin 20-ci illərində iki ağır, sarsıdıcı zərbəyə məruz qalmışdır. Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistanın ərazisini bir qədər də genişləndirmək üçün sovet hökumətinin qərarı ilə 1920-ci ildə tarixi yurd yerimiz olan və 4100 kvadrat kilometrdən artıq Qərbi Zəngəzur türk millətinə daim nifrət hissi ilə yaşayan, fürsət olan kimi ona arxadan zərbə vurmaq üçün bütün vasitələrdən geninə-boluna istifadə edən Ermənistan ərazisinə qatılmışdır. Və bu dədə-baba yurdumuzdan soydaşlarımız zorla deportasiyaya məruz qalmış, doğma ocaqlarından ayrı düşmüş, ağır məhrumiyyətlərə, əzablara məruz qalmışlar. Lakin daim özgə torpaqlarında gözləri olan, suyunu içdiyi, çörəyini yediyi, havasını udduğu qonşularına namərdlik edən, məkrli, xain niyyətlərlə yanaşan ermənilərin havadarları xalqımıza növbəti sarsıdıcı zərbə vuraraq bədxah, çirkin niyyətlərini nümayiş etdirmişlər. Belə ki, 7 iyul 1923-cü ildə nə tarixi, nə coğrafi, nə də iqtisadi əsası olan süni, qondarma bir qurumu – Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun mərkəzi Xankəndi olsa da, adı dəyişdirilərək cəllad, türk millətinin qatı düşməni olan Stepan Şaumyanın adı verilərək Stepanakert adlandırılmışdır. Sonrakı dövrlərdə də daim xalqımız üçün daim başağrısı olan, böyük narahatlıqlar, gərginliklər yaradan bu tarix şanlı, müdrik xalqımızın tarixinin, sözün əsl mənasında qara səhifəsidir. Onu da qeyd edək ki, Azərbaycan mədəniyyətinin beşiyi, Qafqazın Konservatoriyası adlandırılan ulu, qədim, gözəl, cənnətməkan Şuşa bu vilayətin tərkibinə daxil olması ilə bütün Qarabağın paytaxtı olmaq hüququndan məhrum edildi, hansı ki, Şuşa əvvəllər Qarabağın mərkəzi sayılırdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı imzaladığı 2021-ci ilin 7 iyulu isə xalqımızı qürurlandıran tarixi hadisə olaraq yüksək dəyərləndirilməlidir.
Bugünkü nəsil də, gələn nəsil də əsl həqiqətləri bilməli, nəyin ağ, nəyin qara olduğunu anlamalıdır. 1940-1950-ci illərdə soydaşlarımızın deportasiyasına, 1980-ci illərin sonlarında baş qaldıran erməni separatizminə sovet hakimiyyəti tərəfindən reaksiya verilməməsi, əksinə havadarları tərəfindən bu mürtəce hərəkətlərin dəstəklənməsi, separatçıları daha da həvəsləndirir, şirnikləndirirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getdikdən sonra bu məsələlərin ortalığa atılması əvvəlcədən planların hazırlandığını göstərir. Çünki bu qara qüvvələr Heydər Əliyev qətiyyətindən, iradəsindən çəkinirdilər. Təəssüflər olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirməkdə aciz idilər.
Azərbaycan xalqının 30 ilə yaxın müddətdə həsrətində olduğu doğma Qarabağ və Qarabağ ətrafında 7 rayonumuzun işğaldan azad olunması ilə nəticələnən şanlı Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əyilməz qürurunu, ruhunu, müzəffər Ordumuzun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan azad etdi. Biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Ordumuzla fəxr edib, qürur duyuruq.
 
 
 
Rəşad Vəliyev,
Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Şərhlər

XƏBƏR LENTİ