"Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir" - İTTİHAM
Yazanda ki, Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir, çoxları məni qınayırdı. Yazdıqlarımı indi konkret faktla diqqətinizə çatdırım. Bu günlərdə Ağstafa rayonundan olan şəhid, Vətən Qəhrəmanı Azər Yusiflinin adının əbədləşdirilməsinə və ailəsinə olan biganəlikdən yazmışdım. Yazıdan dərhal sonra Ağstafa icra hakimiyyəti öz səhifəsində yekə bir bəyanat yazıb məni yalanda, qərəzçilikdə suçladı. İttihama konkret faktlarla cavab verdim və səhifəni izləməyə başladım. Dərhal əvvəllər YAP-ın Gənclər təşkilatının sədri olmuş, icra başçısı Seymur Orucovun trol dəstəsi Ağstafa icra başçısı haqqında təriflər yağdırmağa başladılar. Buna baxmayaraq şəhidin doğmaları yazımda göstərdiyim faktları təsdiqlədilər və icra başçısı və onun trol dəstəsinin yalanlarını ifşa etdilər. Buna dözməyən S.Orucov bəyanatın şərh bölümünü bağlatdırdı və şəhidin doğmalarının, vətəndaşların onu ifşa edən bütün rəylərini sildirib ancaq trol dəstəsinin təriflərini saxladı. Səhifələrimi izləyənlər bilirlər ki, bütün rayonlarla bağlı yazılarım olub, ancaq heç birinə belə aqressiv reaksiya görməmişdim”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır