SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Cinayət törədən insanlar niyə bu gün hakimiyyətdədir?”

“Cinayət törədən insanlar niyə bu gün hakimiyyətdədir?”

Tarix:

28-08-2021, 13:02

/ 997 dəfə oxundu.
“Cinayət törədən insanlar niyə bu gün hakimiyyətdədir?”

Hafiz Hacıyev: “İstədikləri odur ki, bu müharibə dövründə əsgərlərimiz vuruşmağa getməsinlər”

 

“Bu gün Müdafiə naziri öz hərbçisinə yiyə durmursa, bu, bizim üçün faciədir. Müdafiə naziri Azərbaycanın 44 günlük müharibəsində hara qaçmışdı, harda gizlənmişdisə, xalq gündüz çıraqla da tapa bilmədi. İndi bu nə yanaşmadır. Lap deyək ki, bizim hərbçimiz ola bilər hərbidə əziyyət çəksin, əsəbləri pozulsun, bu təbii haldır, bəs bizim nazirimiz niyə bu cür yanaşsın”.

 
Bunu Versus.Az-a Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayevin Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
 
 
Baş verənlərin Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə görüntülənməsinin təsadüfi olmadığını vurğulayan partiya sədri qeyd edib ki, bu cür hadisələr gözləniləndir:
 
“Dəfələrlə demişəm, yenə deyirəm, onlar Azərbaycanın düşmənləridir, işğalçı ordudur. Onlar ermənilərə şərait yaratmaq üçün gəliblər Qarabağa və göründüyü kimi bu şəraiti yarada biliblər. Əgər Ermənistanda, yaxud Rusiyanın özündə Qarabağın hərbi hissələrindən və sair danışılırsa, bu artıq o deməkdir ki, bunlar yenidən hücuma hazırlaşırlar, müharibə etmək fikrindədilər. Bizimkilər də müharibədə döyüşənlərimizi dəli adlandırıb sıradan çıxarırlar”.
 
Hafiz Hacıyev bildirib ki, bizim nazirlər hər yerdən pul yığmağa öyrəşiblər. Onlar üçün hərbçilərimizin aqibəti maraqlı deyil:
 
“Müdafiə nazirimiz nə vaxt Azərbaycan hərbçisinin qayğısına qalıb? Qayğılarına qalsaydı, Tərtər hadisələrində Azərbaycan övladlarını, Azərbaycan hərbçilərini sındırmazdılar. Hələ biri var e, Baş qərərgah rəisi Nəcməddin Sadıqov, hansı ki, vaxtilə Kəlbəcərdə döyüşçülərimizi çıxarırdı, Murovdağın ətəyində döymüşəm də onu. İndi bunların hamısı bu cür insanlardır. Ona görə də görünür onlar müharibənin yenidən başlanmasını istəyirlər ki, rüşvət almaq, Azərbaycanın pullarını xaricə daşımaq, saxta silah almaq kimi əməllərini rahatlıqla həyata keçirsinlər. Ona görə də bunları Azərbaycan xalqına aid olmayan katiqoriyaya aid etmək lazımdır və bunların hamısı həbs edilməlidir. Baxın, Zakir Həsənovun 44 günlük müharibədə heç bir fəaliyyəti olmayıb, o da Tərtər hadisələrinə görə təcili həbs edilməlidir. Onunla yanaşı Xanlar Vəliyev təcili həbs edilməlidir. Mən bilmirəm bu qədər cinayətləri törədən insanlar niyə bu gün hakimiyyətdədilər. Bunlar dövlət başçısına başqaxıncıdırlar. Qarabağda vəziyyət günü-gündən gərginləşir, cənab Prezident özü də açıq şəkildə dedi. Bəs belə bir vaxtda bunların çalışdığı nədir? İstədikləri odur ki, bu müharibə dövründə Azərbaycan hərbçiləri vuruşmağa getməsinlər. Belə deyim, Azərbaycan ordusundan heyif alırlar ki, bunların erməni xalası uşaqlarını, dayısı uşaqlarını, arvadlarının qardaşlarını Azərbaycanın qeyrətli oğulları it leşi kimi böyür-böyürə düzdü. Ona görə də düşünürəm ki, müdafiə nazirinin bu cür açıqlaması ordumuza qarşı təhqirdir. Hər halda bu nazir getməlidir, orda qalmamalıdır”.

Şərhlər

XƏBƏR LENTİ