SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Üçüncü atəşkəs nə qədər çəkəcək?.. - TƏHLİL

Üçüncü atəşkəs nə qədər çəkəcək?.. - TƏHLİL

Tarix:

13-10-2020, 10:52

/ 848 dəfə oxundu.
Üçüncü atəşkəs nə qədər çəkəcək?.. - TƏHLİL

On iki günlük gərgin, amma şərəfli müharibədən sonra, hansını ki, azərbaycanlılar Vətən müharibəsi və ya İkinci Qarabağ Müharibəsi adlandırdılar, ilk müvəqqəti sakitlik bərqərar olmadı idi, çünki ötən həftə Qarabağ hərbi teatrında müvəqqəti atəşkəs haqqında razılıq əldə edilmiş, hətta dördə punktdan ibarət protokol da imzalanmışdı.

“Heç bir status-kvo və ya təmas xətti daha yoxdur, biz onları tamam dəyişdik!” - bəli, Azərbaycan prezidenti təxminən belə bəyan etdi və düşmənə daha bir şans verməyi düşündüyünü bildirdi ki, Ermənistan dinc danışıqlara və sülhə istiqamət götürmək üçün imkan qazansın...

Ötən həftə, daha doğrusu, ötən cümə günü axşam xəbər verildi ki, tərəflərin xarici işlər nazirləri artıq Moskvadadırlar və onlar bura növbəti atəşkəs sazişinin detallarını müzakirə etmək və gələcək sülh danışıqlarının keçirilməsini razılaşdırmaq üçün gəliblər. Ertəsi gün səhər isə məlum oldu ki, 10 saatlıq danışıqlardan sonra tərəflər atəşkəs haqqında sazişin humanitar aspektlərini razılaşdırıblar...

Beləliklə, bu, Moskvanın iştirakı ilə qəbul olunmuş üçüncü atəşkəs razılaşması oldu, amma bunu nisbi atəşkəs haqda müqavilə və ya qismən razılaşma adlandırmaq daha düzgün olardı, çünki o, dərhal humanitar razılaşma adını aldı.

Məlum olduğu kimi, atəşkəs haqda ilk razılaşma hələ 1994-cü ildə olmuşdu. Xatırlayırıq, o vaxt da deyilirdi ki, Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılması ilə bağlı qrafik və münaqişənin həlli üçün yol xəritəsi mövcuddur. Amma təəssüf ki, bunların heç biri olmadı və o vaxtdan bu günə qədər demək olar ki, ərazilərimiz işğal altında qaldı.

Bəs niyə belə oldu? Güman, bu sualın dəqiq cavabı yalnız o vaxt prosesin içində olan siyasətçilərə, diplomatlara və hərbçilərə məlumdur. Belədə isə deyirlər ki, Moskva bölgədə öz “sülhməramlı”larını yerləşdirmək istədi, amma tərəflər buna razılıq verməyərək atəşkəsi öz qüvvələri ilə təmin edəcəklərini bildirdilər.

Növbəti atəşkəs razılaşması Aprel döyüşlərindən sonra oldu. O vaxt Moskva yenə prosesə qarışdı və daha bir razılaşma baş verdi. Amma onda da münaqişənin nizamlanması ilə bağlı hansısa real bir razılaşma olmadı; tərəflər bir ara Madrid və Kazan prinsiplərini müzakirə etdilər, Rusiya bu arada diplomatik fəallıq nümayiş etdirdi, amma sonra hər şey dayandı. Yenə də belə söhbətlər gəzdi ki, ruslar bu dəfə də öz planlarını - sülhməramlı məsələsini reallaşdıra bilməyəcəklərini anlayaraq yenə də problemi öz axarına buraxdılar.

Prosesin sonrakı inkişafı isə artıq hamıya məlumdur: Ermənistanda inqilab oldu, Nikol Paşinyan hakimiyyətə gəldi və o qədər axmaq şeylər danışdı, o qədər axmaq işlər gördü ki, nəticədə indiki müharibə baş verdi.

Oxucu soruşa bilər ki, niyə münaqişənin tarixinə bu qədər ekskurs etdik?

Sadəcə, xatırlatmaq üçün ki, bu, üçüncü sazişdir və indiyədək ermənilərin sazişlərə necə əməl etməsi də bizə yaxşı məlumdur. Aydındır ki, müharibələr əbədi olmur və bir gün onları dayandırmaq lazım gəlir.

Di gəl, bu, elə-belə baş vermir, Azərbaycan prezidentinin dəfələrlə qeyd etdiyi kimi, bunun üçün etibarlı təminatlar lazımdır. Əlbəttə ki, prezident bizim hamımızdan daha məlumatlıdır. Belə də isə demək olar ki, 12 günlük şanlı müharibə bizim təkcə hərbi-texniki deyil, hətta çoğrafi, yəni mövqe üstünlüyümüzü də təmin etdi.

İkincisi, biz Dağlıq Qarabağ hərbi-siyasi teatrında kardinal dəyişikliklərə nail olduq. Amma nəinki ekspert və təhlilçilər, hətta bütün cəmiyyət bu fikirdədir ki, Azərbaycan ordusu öz əməliyyatlarını davam etdirsəydi, daha yaxşı olardı. Amma bir az əvvəldə qeyd etdiyimiz kimi, prezident daha məlumatlıdır və daha çox bilir, ən əsası da daha çox amili nəzərə almaq məcburiyyətindədir, çünki biz vakuumda yaşamırıq.

Bəli, bu müharibə həm dostlarımızı aşkar etdi, həm də ki, düşmənlərimizi. Sonuncular üçün kimin haqlı, kimin haqsız olması maraqlı deyil. Onlar üçün əsas odur ki, Ermənistanın üstünlüyü qalsın ki, bu yolla Azərbaycanı daim asılı vəziyyətdə saxlaya bilsinlər.

Həm də bir hissəsi üçün bu, öz erməni əsilli seçicilərinin səslərini qazanmaq, başqa birisi üçün “dini həmrəylik” baxımından lazımdır, üçüncülər isə bir daha deyirik ki, Azərbaycanın dirçəlməsini və regionun güclü dövləti olmasını istəmirlər.

Bir daha deyirik ki, prezident bütün bunları bilir və bir siyasətçi kimi onları nəzərə almaq zorundadır. Belədə isə müharibə hələ bitməyib və bizim əsgərlərin və ordumuzun qəhrəmanlıq nümayiş etdirmək imkanları hələ olacaq -Dağlıq Qarabağa aparan yol uzundu, necə deyərlər, itirmək asandır, gəl, itirdiklərini qaytarmaq həmişə çətindir.

Bu gün, biz bu sətirləri yazanda, yeni sazişin üçüncü günü olmalı idi. Bəs niyə “olmalı idi” deyirik? Məsələ bundadır ki, düşmən ilk gündən ona əməl etmədi, təkcə Qarabağa yaxın rayonların deyil, hətta Gəncənin, Mingəçevirin raket atəşinə tutulmasını davam etdirdi. Bütün bunlar təkrar göstərir ki, hansısa razılaşma yox, yalnız Azərbaycan ordusu düşmənin ağlını başına qoymaq gücündədir...

İnsanlar soruşur ki, yeni saziş bizim əlimizi-qolumuz bağlamır ki? Yox, bağlamır. Bizim əl-qolumuzu bağlayan Moskvadır, çünki irəlicədən də yaxşı məlum idi, V.Putin yalnız müəyyən həddə qədər təmkin göstərərək ona gələn zənglərə cavab verməyəcəkdir...
Hüseynbala Səlimov \\musavat.com\\

Şərhlər

XƏBƏR LENTİ