SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur - Vəkili DANIŞDI

Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur - Vəkili DANIŞDI

Tarix:

24-04-2018, 16:08

/ 1 551 dəfə oxundu.
Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur - Vəkili DANIŞDI

Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən sabiq deputat Hüseyn Abdulayev Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsilə ittiham olunur.

H.Abdullayevin hüquqlarını müdafiə edən vəkil Ruhid Əkbərov bildirib ki, hazırda istintaq hərəkətləri davam etdirilir:

“Ona qarşı vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb. Dünəndən etibarən istintaq hərəkətlərinə başlanılıb, vəkili olaraq mənimlə görüş təmin edilib. Hazırda Vergilər Nazirliyinin İstintaq İdarəsində cinayət işi davam etdirilir”.

Vergilər Nazirliyindən Modern.az-a H.Abdullayevin istintaq olunduğu təsdiqlənsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2013-cü ildə sabiq deputat Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb. H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunmuşdu.

Hazırda külli miqdarda vergidən yayınma ilə bağlı istintaqı aparılan sabiq deputaın cinayət işinə yeni maddə əlavə ediləcəyi istisna olunmur.

Xatırladaq ki, bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarının birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava düşmüşdü. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınmış, özü isə həbs olunmuşdu. Sonradan azadlığa buraxılan H.Abdullayev 2010-cu ildə 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək üçün iddialı olsa da, namizədliyi qeydə alınmadı.

H.Abdullayev 2013-cü ildə ölkə başçısına müraciət edərək, bəzi hakimiyyət nümayəndələrinin ona təzyiq etdiyini bildirmişdi. O, müraciətində ABŞ səfirliyinə bina tikilməsi üçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini vurğulamışdı.

Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığınmışdı.

Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev 23 aprel 2018-ci ildə Türkiyədə olarkən saxlanılaraq, Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Şərhlər

XƏBƏR LENTİ