XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Bu gün generallara hökm oxunacaq

Bu gün generallara hökm oxunacaq

Bu gün generallara hökm oxunacaq
23-04-2018, 10:28

Bu gün MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm oxunacaq.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hökmün saat 10-da elan olunmasına başlayacağı gözlənilir.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək general Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyev 15 il, Natiq Əliyev 14 il, Zaur Məmmədov 13 il, Elşad Əzizov 8 il, Fərhad Atayev 7 il , Anar Şirəliyev 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.