Bakı şəhəri icra başçısı kim olacaq? — VERSİYALAR
21 aprel tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı.
“Ölkə.Az” xəbər verir ki, sərəncama əsasən, Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov tutduğu vəzifədən azad edilib. Digər sərəncamla Abutalıbov Baş nazirin müavini təyin edildi.
Hələ ki, Bakı Şəhər icra hakimiyyəti başçısı postu boşdur. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynova rəhbərlik edir. Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur.
İstər mətbuatda, istər sosial şəbəkədə bu posta namizədlər arasında adı hallananlardan biri də Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Əslən Laçından olan Zakir Fərəcov 2015-ci ildən Sumqayıta icra başçısı təyin edilib.
Bu posta iddialı namizədlərdən biri də Nəsimi rayon icra başçısı Asif Əsgərovdur. Karyerasında nazir müavinliyi, Zaqatala və Səbail rayonlarının icra başçılığı olan Əsgərov 2015-ci ildən Nəsimi rayonunun icra başçısıdır.
Adı daha çox hallananlardan biri də Elmar Vəliyevdir. Yevlax Şəhər Sovetinin deputatı kimi karyerasına başlayan Vəliyev Dövlət Gömrük Komitəsində rəis müavini, Yevlax şəhər icra hakimiyyətinin başçısı kimi vəzifələr tutub. 2011-ci ildən Gəncə şəhər icra hakimiyyətinin başçısıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?