“İnsan orqanı satan dəstənin aşkarlanması çox ciddi məsələdir” - deputat
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az saytına açıqlamasında deyib ki, bu cür dəstələrin fəaliyyəti kifayət qədər ciddi məsələdir:
“DTX əməkdaşları tərəfindən belə bir faktın aşkar olunması və fakt üzrə cinayət işinin başlanması, müəyyən şəxslərin artıq istintaqa cəlb edilməsi olduqca vacibdir. Çünki dünyada artıq bir neçə hallar üzrə mütəşəkkil cinayət dəstələri anlayışı yaranıb. Bunların içərisində silah, narkotik satışı, eyni zamanda insan orqanlarının alqı-satqısı ilə məşğul olan şəxslər və ya dəstələr var.
Azərbaycanda tutaq ki, bir nəfər həsb edilib, digərləri istintaqa cəlb edilirsə, bu, həmin şəxslərin mütəşəkkil cinayət dəstələrinin ölkəmizdə nümayəndələrinin olduğunu göstərir. DTX-nın bugünki əməliyyatla bağlı açıqlamasından da məlum olur ki, insan orqanlarının alqı-satqısı ilə məşğul olan dəstə həm də digər ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarını xaricdə transplantasiya ediblər. Bu kifayət qədər ciddi məsələdir. Bu cür halların aşkarlanması və şəxslərin məsuliyyətə cəlb edilməsi, həmçinin cəmiyyətə açıqlanması digər törədiləcək cinayətlərin qarşısının alınmasına xidmət edən məqamlardan biridir”.
Deputat qeyd edib ki, bu gün dünyada insan orqanlarının alqı-satqısı üçün hətta adam oğurluğu və insanların yoxa çıxması halları müşahidə edilir:
“Qeyd etdiyim proseslər onu göstərir ki, bu qəbildən olan cinayətlər daha geniş vüsət alıb və çox böyük mütəşəkkil dəstələrin tam nəzarəti altındadırlar. Ölkələrdən insanlar oğurlanır, başqa adlarla müxtəlif ölkələrə aparılır. Məsələn, Azərbaycan vətəndaşının xarici ölkəyə iş adı ilə aparılıb onun həmin yerdə yoxa çıxmasını, öldürülərək orqanlarının başqa adamlara satılmasını təşkil etməklə də törədilən cinayətlər ola bilər. Bu cür halların Azərbaycanda olduğunu demirəm, lakin digər ölkələrdə mütəmadi olaraq müşahidə etdiyimiz proseslərdir.
Özəlliklə də kasıb dövlətlərdən insanlar başqa ölkələrə aparılır və qətlə yetirilərək orqanları imkanlı şəxslərə satılır. Bu baxımdan belə cinayətlərin ifşa olunması, DTX-nın son vaxtlar bir neçə qəbildən olan keçirdiyi əməliyyatlar, təqdirəlayiq haldır. Bu sahədə onlara yalnız uğurlar arzulamaq lazımdır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır