“Leyla Şıxlinskaya vergiyə görə belə edirdi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahid Yeganə Şahnazərova deyib ki, klinikada iki dəfə müalicə alıb: "Qohumlarım pul ödəyib, məbləği bilmirəm".
Yelena Smirnova bildirib ki, klinikada növbətçi həkim işləyir: "Ayda bir dəfə mühasibatlıqdan pulumuzu alırdıq. Növbətçi qaldığım hər gecə üçün 50 manat, bayram günləri 70 manat alırdım. Maaşım da növbətçi qaldığım günlərə görə hesablanırdı".
Sevda Əlizadə deyib ki, klinikada 8 il baş həkimin müavini və sonra isə 2 il direktor vəzifəsində işləyib: "Mən direktor təyin edəndə Leyla Şıxlinskaya qarşıma şərt qoydu ki, maliyyə işlərinə qarışmayım. Mən yalnız əməliyyatlara nəzarət edirdim. Direktor təyin olunanda maaşın bir hissəsini kartla, qalanını əlbəəl almışam. Dəqiq bilmirəm, amma yəqin vergiyə görə belə idi. Leyla Şıxliniskayanın hər şeydən xəbəri var idi. Maliyyə işlərinə özü nəzarət edirdi. Bütün işçilər də maaşın kartla verildiyini bilirdi, çünki klinikada bankomat quraşdırılmışdı".
Proses aprelin 6-da davam etdiriləcək.
İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.
Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır