Eldar Mahmudovu istintaqda dindirən şəxsin kimliyi bəlli oldu - SABİQ NAZİR LONDON MÜLKLƏRİNİ QAYTARACAQMI?
“MTN İşi” çərçivəsində istintaqa cəlb olunan sabiq nazir Eldar Mahmudovun həbs ehtimalı artmaqdadır. Həbsdə olan generalların ifadəsi əsasında artıq sabiq nazirin köməkçisi olmuş əmisioğlu Vüqar Mahmudov barəsində həbs qərarı seçilib. Ötən həftə davamlı olaraq istintaqa dəvət olunan Eldar Mahmudov əmisioğlu və Akif Çovdarovla üzləşdirilib.
Gununsesi.info Eldar Mahmudovun istintaq prosesi ilə bağlı bir sıra məlumatlar əldə edib.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq nazirin dindirlmə prosesi olduqca məxfi aparılır. Bu dindirməni isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi general Eldar Əhmədov şəxsən aparır.
Məlumata görə, Mahmudova ünvanlanan əsas suallar ölkədən çıxardığı pullarla bağlıdır. Onun oğlunun Böyük Britaniya Krallığının paytaxtı Londonda sahibləndiyi bahalı əmlaklar barədə olub. İstintaq Eldar Mahmudov ailəsinin sahib olduğu bu əmlakların cinayət yolu ilə əldə olunması qənaətindədir. Odur ki, sabiq nazirin həmin əmlakları qaytarması əsas mövzudur.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var