Eldar Mahmudovu istintaqda dindirən şəxsin kimliyi bəlli oldu - SABİQ NAZİR LONDON MÜLKLƏRİNİ QAYTARACAQMI?

Gununsesi.info Eldar Mahmudovun istintaq prosesi ilə bağlı bir sıra məlumatlar əldə edib.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq nazirin dindirlmə prosesi olduqca məxfi aparılır. Bu dindirməni isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi general Eldar Əhmədov şəxsən aparır.
Məlumata görə, Mahmudova ünvanlanan əsas suallar ölkədən çıxardığı pullarla bağlıdır. Onun oğlunun Böyük Britaniya Krallığının paytaxtı Londonda sahibləndiyi bahalı əmlaklar barədə olub. İstintaq Eldar Mahmudov ailəsinin sahib olduğu bu əmlakların cinayət yolu ilə əldə olunması qənaətindədir. Odur ki, sabiq nazirin həmin əmlakları qaytarması əsas mövzudur.