DİN, DTX və Baş Prokurorluq futbolçuların saxlanılmasından xəbərsizdir
“Keşlə” futbol klubunun heyətindən uzaqaşdırılmış 2 futbolçu - Nizami Hacıyev və Mirhüseyn Seyidovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Məsələni aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxladıq.
Məlumata görə, Ehsan Zahidov ölkə.az-a açıqlamasında bildirib ki, bu xəbərlə bağlı araşdırmalar davam edir, hələlik bunu təsdiq edən polis idarəsi yoxdur: "Ola bilsin ki, bu xəbər yalandır. Polis idarələrindən heç biri bu xəbəri təsdiq etmir. Bəlkə, prokurorluq, bəlkə də, digər hüquq mühafizə orqanları saxlayıb".
Hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilən futbolçularla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilən Nizami Hacıyev və Mirhüseyn Seyidov DTX tərəfindən saxlanılmayıb.
Qeyd edək ki, futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidovun “Neftçi” – “Keşlə” oyununu satdıqlarına görə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var