Deputat "Ayə, harayə gedirsən, ayə"yə görə AzTV rəhbərinə səsləndi:“Arif Alışanov qafası...”
"Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”
Bunu Milli Məclisin deputatı Fazil Mustafa "Pontominm” teatrının aktyoru Vüsal Rzasoyun AzTV-də yayımlanan "Müasir Azərbaycan Gəncliyi” verilişindəki "Ayə, harayə gedirsən ayə?” adlı mahnısına münasibətində deyib. Onun sözlərinə görə, Vüsal Rzasoy ifası ilə indiki cəmiyyətin arzuladığı gəncliyin obrazındakı fərqi göstərib:
"Müasir Azərbaycan gənci... Adam AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm. Başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm. Ancaq "ayə, harayə gedisən, ayə" ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanov qafası ilə AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya "hara gedir e...." Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”
Qeyd edək ki,AzTV-nin efirində yayımlanan "Müasir Azərbaycan Gəncliyi” verilişinə qonaq olan Vüsal Rzasoyun ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İfaçınınproqramda "Ayə, harayə gedirsən ayə?” çıxışı studiyada əyləşən qonaq və aparıcının təəccübünə səbəb olub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var