“Dustaqların qaçması problemin olduğunu göstərir” - Nazir
“Ötən ay 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərir”.
xalqxeber.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmdov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib. F. Məmmədov qeyd edib ki, nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar Xidmət tərəfindən tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib: “Eyni zamanda, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunub, fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Penitensiar Xidmətin fəaliyyətində nizam-intizamın, əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlər müəyyən edilərək həyata keçirilir”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var