XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Şərikinin Moskvadan gətirilməsində deputat oğlunu nə gözləyir? - 8 milyonluq iş

Şərikinin Moskvadan gətirilməsində deputat oğlunu nə gözləyir? - 8 milyonluq iş

Şərikinin Moskvadan gətirilməsində deputat oğlunu nə gözləyir? - 8 milyonluq iş
21-11-2017, 10:31

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun dostu və şəriki Elnur Rauf oğlu İbrahimovun Bakı İstintaq Təcridxanasına köçürülməsi yeni prosesin başlanğıcıdır
Məlumata görə, deputat oğlunun şəriki 8 milyonluq qalmaqalla bağlı yeni açıqlamalar verəcək.
E.İbrahimov Rusiya paytaxtından Azərbaycana ekstradisiya olunub və BİT-də saxlanır. Onun Bakıda keçiriləcək məhkəməsində verəcəyi ifadələr H.Axundovu çətinə sala bilər.
Elnur İbrahimov İnterpol xətti ilə axtarışda idi. Onun Moskvada gizləndiyi bilinsə də, hərəkət sərbəstliyi haqda məlumatlar da gəlirdi.
Beynəlxalq Polis Təşkilatının əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Elnur İbrahimovu 2016-cı il noyabrın 22-də Moskvada həbs ediblər.
Onun Bakıya gətirilməsi Axundovlar üçün arzuolunmaz haldır. Çünki bu işdə adı keçən H.Axundovun məhkəmədə dindirilməsi gözləniləndir.
E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib.
E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb.
Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend (Şirkətin səhmdarları arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir) veriləcək.
Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb.
Məlumata görə, H.Axundovun istintaqa cəlb olunması gözlənilmir.
Deputatın oğlunu mühafizə etməsi və siyasi dairələrə məruzə etməsi Həbibi qoruyub. Ancaq Elnurun gətirilməsi yeni hadisələrin mesajıdır.
Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar.
Həbib Axundov xaric digər zərərçəkənlər Elnur İbrahimovun ölkəyə gətirilməsi və həqiqətin üzə çıxması üçün çalışırdılar.
E.İbrahimov artıq ölkədədir və onun adı əsas sima kimi keçən dələduzluq işinin düyünü açılmaq üzrədir.
Maraqlı məqamlardan biri də budur ki, Elnur İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya paytaxtı Moskvada həbs edildikdən sonra bəyan edib ki, Azərbaycana təhvil veriləcəyi təqdirdə həyatına təhlükə olacaq və Azərbaycana təhvil verilməməsi üçün hərəkətə keçmişdi.
Rusiya Ali Məhkəməsinin qərarında yazılanlara görə, o, apelyasiya şikayətində qeyd edib ki, Azərbaycan hüquq-mühafizə orqanlarında saxlanılarkən təzyiqlərə məruz qalıb, ona işgəncə verilib, burnu sındırılıb.
Buna görə də Rusiya dövlətindən sığınacaq istəyir, Azərbaycana qaytarılmamasını xahiş edirdi.
Rusiya Ali Məhkəməsinin qərarında göstərilir ki, Elnur İbrahimovun gətirdiyi dəlillər araşdırılıb, boş sözlərdən ibarət olduğu, Azərbaycan tərəfinə təhvil verilməməsinə hesablandığı təsbit edilib.

palitika.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.