Sürücünün söhbətə görə cəzalandırılması aradan qaldırıldı
Azərbaycanda nəqliyyat vasitələrinin saxlanılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyəti ləğv edilir.
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinə (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə), 345-ci maddəsinə (2-ci bənd - banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası təyin olunma) dəyişiklik müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişiklikdə bildirilir ki, təcrübəyə əsasən, 345-ci maddədə ləğv edilməsi təklif edilən 2-ci bənd tətbiq olunmur. Bu bəndin tətbiqinə ehtiyac olmadığından çıxarılması təklif edilir. Qeyd olunur ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkarlanmasına imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.
Layihə səsə qoyularaq qəbul edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var