"AMAY Abdulla"nın "arvadı" bəraət istəyir
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadınnın müraciəti əsasında məhkəmə başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Aygün Akimova apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. A.Akimova bəraət istəyir.
Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.
Bildirək ki, A.Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib. O isə, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İlham Baxışov isə onda təqsirli bilinib ki, Akimovanın xahişi ilə onun evinə "kupça" düzəltməli imiş. Ancaq Baxışov vədinə əməl etməyib. Amma aldığı pulu geri qaytarıb.
Aygün Akimova bir neçə şəxsə qarşı dələduzluq etsə də, İlham Baxışovun adı yalnız bir epizodda keçir.
Bildirək ki, Aygün Akimova aldatdığı şəxslərə naxçıvanlı iş adamı Abdulla Abdullayevlə evli olduğunu, uşaqlarının atasının iş adamı olduğunu deyib. Bu iş üzrə "AMAY Abdulla" da istintaqda şahid kimi ifadə verən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib. İş adamı bunu Aygünə yaxşılıq məqsədi ilə etdiyini, adı çəkilən qadının onun şirkətində xadiməçi işlədiyini bildirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var