Təzə nazir Natiq Əliyevin kadrlarını “təmizləyir”: Daha kimlər gedir?
Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov mərhum xələfi Natiq Əliyevin kadrlarını “təmizləyir”
Məlumata görə, Energetika Nazirliyində kadr dəyişikliklərinə başlanıb.
N.Əliyevin adamları tək-tək nazirlikdən çıxarılır və P.Şahbazova yaxın şəxslərin təyinatına start verilir. Artıq nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edilib.
Nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.
Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.
Hələlik onların yerinə təyinat aparılmayıb. Hər üç şəxsin vəzifədən azad edilməsi P.Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.
Bundan sonra nazir müavinləri Gülməmməd Cavadov, Natiq Abbasovun da vəzifədən gedişi gözlənilir.
İddialara görə, Elektroenergetika şöbəsi müdiri Mürsəliyev Amil, Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsi rəisi Həşimov Elxan, Maliyyə-mühasibat şöbəsindən Bağırov Fariz də vəzifəsindən çıxarıla bilər.
Məlumata görə, yeni energetika naziri xaricdə təhsil almış və özünə yaxınlığı ilə seçilən kadrlara nazirlikdə yaşıl işıq yandırıb.
Əslində N.Əliyevdən sonra bu nazirliyin ləğv olunacağı yaxud başqa quruma birləşdiriləcəyi gözlənilirdi.
Nazirliyin neft şirkətinə birləşdirilməsi çoxdan nəzərdə tutulurdu. Amma N.Əliyevin peşəkar və şəffaf fəaliyyətinə görə bu struktur islahatına gedilmirdi.
Hətta mərhum nazir yaşasaydı, bu struktur dəyişikliyinin gerçəkləşməsi uzun müddət ertələnə bilərdi.
Taleyin işi elə gətirdi ki, mərhum nazir qəfil dünyasını dəyişdi. Deputatlar və ekspertlər də hesab edirdilər ki, nazirliyin birləşdirilməsi struktur islahatları baxımdan əhəmiyyətlidir.
Ancaq təzə nazir təyin olundu. Bu nazirliyin funksiyalarının bir qisminin Dövlət Neft Şirkətinə (SOCAR) verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamentinin formalaşdırılması ideyası gündəmə gəlmişdi.
Postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirmişdi. Hakim dairələrdə gedən müzakirələrə görə, bu nazirliyin fəaliyyəti həm büdcəyə israfçılıqdır, həm faydalılıq əmsalı aşağıdır.
Bu nazirliyin ləğvi barədə təkliflərdən birini də deputat Zahid Oruc vermişdi. O, parlamentdə belə deyib: “Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir. Natiq müəllim təcrübəli kadrdır. Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.
Onu da yada salaq ki, Azərbaycanda bir neçə enerji qurumunun birləşdirilməsi təklif olunur. İddialara görə, “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, “İstilik enerji istehsalat” MMC bir vahid mərkəzə çevrilə bilər. Bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcəyə israfçılıq kimi qiymətləndirilib.
Palitika.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var