Samir Piriyevin vəkili nazirə MÜRACİƏT ETDİ
Müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov şoumen Kamran Həsənliylə aralarındakı pul çəkişməsiylə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.
Yusifov açıqlamasında deyib ki, K.Həsənli Piriyevə borclu olduğunu etiraf etsə də, hələ də borclu olduğu məbləği geri qaytarmır:
"İki ildir istintaqın axtardığı adamı necə oldu ki Kamran bir günə Bakıya gətirdi. Türk öz izahatında onu Kamranın dəvət etdiyini və otelə qədər xərcin Kamran tərəfindən çəkildiyini bildirib. Yoxsa türk hardan bilirdi ki, istintaq hansı rayonun idarəsindədir və hansı mütəntiqdədir. Kamrandan istintaq türk barədə soruşanda bildirirdi ki, onun barəsində xəbərsizdir. Amma özünə lazım olanda həmin şəxsi bir günə tapıb Bakıya gətirdi. İstintaq hazırda zərərçəkmişlərin sayını artırmaqdansa təqsirləndirilən şəxslərin sayını artırmalıdır. Kamran Həsənli etdiyi hay-küy nəticəsində ən azı bacısı Gülər xanımı məsələdən kənarlaşdırıb. Ancaq biz buna imkan verməyəcəyik. Nəinki Kamran, hətta əlbir olduğğu bacısının da cəzalandırılmasını tələb edəcəyik. Bizə türk lazım deyil, ona pul verməmişik ki, ondan da pul istəyək. İstintaqa türk lazımdısa xatırladım ki, yenə iki il axtarası olacaq. Yox əgər tez lazımdırsa, Kamran Həsənlidən xahiş etsinlər, Erhanı gətirsin. Yoxsa başqa cür bu mümkün deyil! Kamran həsənli Bakı Şəhər Prokurorluğunda olan qəbuldan sonra cinayət işi ilə bağlı birtərəfli fikirlərə söykənilir. Səs yazısını təqdim etmişik və orada hər şeyi özü etiraf edir. Kamran Həsənli hüquqa güc gəlir. Kamran Həsənli müsahibələrində qeyd edir ki, guya onun həmin şirkətdə səhmləri var və guya bunlar istintaqdadır. Amma ortada heç bir sənəd yoxdur. Deyir ki, 300 min avro pul qoymuşam. Çox yox, beş min manatlıq bank hesabı və ya bir qəbz göstərsin. Ayıbdır, bu ölkənin hüquq-mühafizə orqanlarını aldatmaq olmaz.
Cənab Ramil Usubovdan xahiş edirik ki, məsələni nəzarətə götürsün"
Qeyd edək ki, Kamran Həsənlinin Samir Piriyevə 85 min manat borcunun olduğu bildirilir və bu çəkişmə xeyli müddətdir davam edir.
"Ölkə.Az"

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var