XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Eldar Mahmudovun “çetesi”nin cəzası azaldılır, özü isə... - “MTN işi”ndə yeni gəlişmə

Eldar Mahmudovun “çetesi”nin cəzası azaldılır, özü isə... - “MTN işi”ndə yeni gəlişmə

Eldar Mahmudovun “çetesi”nin cəzası azaldılır, özü isə... - “MTN işi”ndə yeni gəlişmə
9-11-2017, 09:52

Ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun təsir dairəsində olmuş “Rabitə işi” fiqurantlarının cəzaları yüngülləşdirlir. Yada salaq ki, Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində(RYTN) də yoxlamalar başlamış, nazirliyin əksər rəhbər şəxsləri həbs olunmuşdular. Hazırda onlardan bir qisminin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

RYTN Aparatının sabiq rəhbəri sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. İş üzrə verilən qərara əsasən Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybaleyev barəsində isə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar. Bu şəxslərin adları, əməlləri illərlə ictimiyyətdən gizli qalıb. Daha çox E.Mahmudovun çetesinin çətiri altında olan bu şəxslər uzun illər dövlət büdcəsindən ayrılan vəsaitlərə sahib çıxıb, varlanmışdılar. Büdcədən oğurladıqları pullar da bir neçə on milyon manatla ölçülürdü.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdilər...

Image result for MTN işi

Bu arada “MTN işi” üzrə fərqli proseslərin də şahidi olmaqdayıq. Bir neçə gün öncə E.Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov həbs edilib. Vüqar Mahmudovun adı cinayət işi üzrə bir neçə epizodda da hallanıb. General Akif Çovdarovun cinayət işində agentlərə ayrılan pulların mənimsənilməsində iştirakçı kimi adı keçib. Lakin təcridxanada müəmmalı şəkildə dünyasını dəyişən polkovnik İlqar Əliyevin ifadəsində V.Mahmudovun adının çəkildiyi haqda məlumatlar var çəkib. O, 2015-ci il dekabr ayında verdiyi ifadəsi zamanı bildirmişdi ki, zərərçəkən Maqsud Mahmudovdan alınan 120 min dolların 70 mini nazir Eldar Mahmudovun tapşırığı ilə köməkçisi Vüqar Mahmudova verilib. V.Mahmudov isə məhkəmədə ifadə verərkən fəaliyyət göstərdiyi vaxt ərzində heç kimin ona pul vermədiyini dedi: “Qanun çərçivəsində işləmişəm, tapşırıqları yerinə yetirmişəm”.

Image result for Elçin Quliyev

Lakin general Elçin Quliyevin cinayət işi üzrə istintaqa şahid qismində cəlb edilən V.Mahmudov bəzi mətləbərin üstünü açıb. O, nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olduğunu açıqlayıb: “O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələrim yarandı, birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi. Bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış etdim. Məqsəd o idi ki, bazarda digər siqaret qaçaqmalçıların qarşısı alınsın. İlham bu işdə uzun müddət idi ki, çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham ölkəyə kimin siqaret gətirdiyini Rafiqə deyirdi. Rafiq də əməliyyat keçirib həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı”.

O hətta bir neçə dəfə bu qanunsuz prosesin iştirakçısı olduğunu da etiraf edib...

Bəzi ictimaiyyət nümayəndələri V.Mahmudovun həbsinin E.Mahmudovla aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq gəlinən razılaşmanın tərkib hissəsi hesab edirlər. Belə iddia edilir ki, Eldar Mahmudovun “çetesi”nə daxil olan “Rabitə işi”ndəki şəxslərin cəzaları yüngülləşdirildiyi bir vaxtda sabiq nazirin əmisi oğlunun həbsi formaldır və nəticəsi razılaşma tərəflərinə bəllidir. Başqa sözlə V.Mahmudovu da “Rabitə işi”ndə adı keçən təqsirləndirilən şəxslər kimi 1-2 sonra azad edəcəklər.

Image result for Vidadi Zeynalov

Lakin proseslərin başqa cür cərəyan edəcəyi iddiası da var. Bir qism də hesab edir ki, bütün bu cinayətlərin başında Eldar Mahmudovun özünün dayandığına dair kifayət qədər materiallar toplanıb və artıq onun həbsi istiqamətində addımlar atılır. Bir neçə gün öncə Eldar Mahmudov prokurorluğa çağırılaraq ifadə verib.
Noyabrın 8-də isə xəbər saytları belə bir məlumat yaydı ki, Eldar Mahmudov növbəti dəfə istintaqa dəvət edilib, həftəsonu yenidən dindiriləcək.
Musavat.com-a isə mötəbər mənbələrdən gələn informasiyalarda əminliklə qeyd edilir ki, Eldar Mahmudovun həbsi üçün bütün hüquqi addımlar atılıb və növbəti dindirmənin sonunda o qandallanacaq. Onun ətrafının cəzasının azaldılması isə qeyd etdiyimiz kimi, Eldar Mahmudovun bu işlərin başında dayanmasının sübuta yetirilməsinin və buna dair həmin şəxslərin təsdiqləyici ifadələr verməsidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.