Sumqayıt hərbi komissarının seyfindən milyonlar oğurlandı-ŞOK CİNAYƏT
Xəbər verdiyimiz kimi, oktyabrın 31-dən noyabr ayının 1-nə keçən gecə Sumqayıtda müdhiş oğurluq hadisəsi olub. Bu haqda məlumatı Xeberci.tv-yə yerli vətəndaşlar məlumat verib. Onların bildirdiyinə görə naməlum şəxslər gecə saatlarında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə xidmətin Sumqayıt şəhər idarəsinə giriblər. Onlar xidmət rəisinin otağındakı seyfi oğurlayaraq aradan çıxıblar. Seyfdə külli-miqdarda nağd pulun və məxfi sənədlərin olduğu deyilir. Məsələ ilə bağlı Sumqayıtdakı adıçəkilən idarə ilə əlaqə saxlasaq da idarədən məlumatı nə təsdiq,nə də təzkib etdilər. Telefona cavab verən şəxs bu haqda sadıcə məlumatının olmadığını bildirdi Hadisədən 2 gün keçsə də hələki heç bir rəsmi məlumat verilməyib. Halbuki cinayəıtkarın axtarışı aktiv surətdə davam etdirilir. Rəsmi məlumatın gizlədilməsi isə Sumqayıt hərbi komissarı Namiq Qarayevin xahiş-minnəti ilə mümkün olub. Çünki onun seyfində bir belə nağd pulun olması həm ictimaiyyətdə, həm də Korrupsiyaya Qarşı Mübarizə İdarəsində suallar yaradacaq. Görünən odur ki, Sumqayıtda böyük korrupsiya faktının ört-basdır edilməsi kimlərəsə sərf edir.
Mövzuya qayıdacağıq.
Daha Ətraflı: http://xeberci.tv/index.php?newsid=57353

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var