Şıxlinskaya cəncəldə: Xalq artistinin klinikası bağlana bilər
Xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinika iki milyondan çox vergidən yayınıb; Xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb...
Verilən məlumata görə, klinikanın fəaliyyətinə xitam verilə bilər. Hazırda onun vəziyyətinin gərgin olduğu bildirilir.
Leyla Şıxlinskayanın 2 milyon vergidən yayınması maxinasiyalarla əlaqədardır. İddialara görə, baş mühasiblə onun konflikti olub.
Sonra klinika rəhbəri onu hədələyib və 4 ildir ki, istintaq gedir. Nəticədə 2 milyonluq vergidənyayınma elə Leyla Şıxlinskayanın öz başında çatlayıb.
CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər.
Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.
Cinayət işi təxminən 20 gün əvvəl qaldırılıb. Keçmiş baş mühasibi Şəhla Abbasova mətbuata müsahibəsində klinikada tətbiq edilən qara mühasibatlıq və pulların vergidən yayındırılması barədə sensasion faktlar açıqlamışdı. Ş. Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Bundan sonra Şıxlinskaya onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərək keçmiş baş mühasibin klinikanın “qara kassasından” 1 milyon manat oğurlamaqda ittiham edib.
Verilən məlumata görə, klinikanın fəaliyyətinin dayandırılması tükdən asılı məsələdir.
Ş.Abbasova həm istintaqa ifadəsində, həm mətbuata müsahibəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini deyib.
Oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb. Söhbət klinikanın fəaliyyət göstərdiyi 17 il ərzində tətbiq edilən qara mühasibatlıqdan gedir.
Və həmin irimiqyaslı vergidən yayınma faktına görə hüquq-mühafizə orqanları nəhayət cinayət işi qaldırıblar.
Oğurluq ittihamına görə isə keçmiş baş mühasib də daxil olmaqla klinikanın bir neçə əməkdaşının barəsində qaldırılmış cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.
Onu da deyək ki, xalq artisti Leyla Şıxlinskayanın adı dələduzluqda hallanır. Bu haqda Rusiyanın life.ru saytında xəbər yerləşdirilmişdi.
Məqalədə bildirilib ki, Moskvanın Petrovka küçəsində olan elit binada yerləşən mənzil saxta sənədlərlə bir neçə insanın adına keçirilib.
Sənədlərdə Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın adı yer alıb. Sahəsi 400 kvadratmetr olan mənzilin dəyəri 500 milyon rubldur (təxmini 15 milyon manat).
Müsadirə olunan digər mənzilin sahəsi isə 336 kvadratmetridr. O isə başqa bir şəxsin adına qeyd olunub.
Qarşı tərəfi dinləməyə hazırıq.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var