Bakı avtobuslarının sahibinin oğluna cinayət işi açıldı-Həbs olunacaq
Qalmaqallı biznesmen, "Xaliq Faiqoğlu” MMC-nin sahibi Faiq Seydiovun oğlunun üç il əvvəl törətdiyi və ölümlə nəticələnən avtomobil qəzasına görə xitam verilmiş cinayət işinin istintaqı yenidən başladılıb. Cinayət işi araşdırılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. İş müstəntiq Emin Eminovun icraatındadır.
Xatırladaq ki, söhbət "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakının Binəqədi rayonu ərazisində törətdiyi qəzadan gedir. Həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, "Mercedes GL” markalı avtomobillə qarşısına çıxan piyadanı-Müdafiə Nazirliyinin zabiti Eldar Vəli oğlu Məmmədovu vurub. Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib.
Polkovnik-leytenant Eldar Məmmədovun ölümü bağlı CM-nin 263.2-ci maddəsinə əsasən cinayət işi başlanılıb (ölümlə nəticələn agır yol-nəqliyyat hadisəsi), lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.
Məlum olub ki, polkovnik-leytenantın "öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini hansısa yola ört-basdır ediblər. Polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi isə açıqlanmayıb. O vaxta qədər ki, Faiq Seyidovun adı keçmiş ortağı – Azadxan Xanməmmədovla münaqişəyə görə gündəmə gəlib və bu fakt mətbuata sızdırılıb. Nəticədə iş adamı oğlunun avtomobillə piyadanı vurduğunu etiraf edib, amma iddia edib ki, piyada aldığı xəsarətlərdən yox, "ürək tutmasından” ölüb.
Bu hadisənin ört-basdır edilməsi "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, "Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir.
Bu günlərdə mətbuatda biznesmenin oğlunun piyadanı vurması ilə bağlı tibbi sənədlərə əsaslanan araşdırma dərc edilmişdi. Və həmin araşdırmanın dərcindən sonra hüquq-mühafizə orqanları məsələyə müdaxilə edib, cinayət işinin istintaqının yenidən başlanılmasına göstəriş verib.
Virtualaz.org

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var