Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsi və onun sürücüsünə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin dələduzluqda təqsirləndirilən direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.
Sonra prokuror Fəhmin Hümbətov çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.
Prokuror B. Şəfiyevin 9 il, G. Əliyevanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 8-də davam etdiriləcək.
İttihama görə, Bayram Şəfiyev özgənin əmlakını ələ keçirmək məqsədilə, 2011-ci il dekabr ayının ortalarında Gülşən Əliyeva ilə əlbir olaraq, tanışı İbrahim Cəfərovla görüşüb, G. Əliyevanı ona "Beynəlxalq Bank"ın baş mühasibi kimi təqdim edərək, sonuncunu bankda adına açılacaq müddətli əmanət (depozit) hesabına qoyulan puldan əlavə 5 faiz gəlir əldə edəcəyinə inandırıb. Bu yolla ondan 20 min manat məbləğində pul alaraq, guya bankdakı hesaba qoyacağını deyərək, onu aldadıb. Pulu isə G. Əliyevaya verib.
G. Əliyeva daha əvvəl bankın baş mühasibi olub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var