Dövlət Bayrağı Günü meydan bayraqsız qalacaq?...
2007-ci ildə ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı nəhəng bayraq 10 il sonra müəmmalı qalan səbəblərdən sökülüb. Əksəriyyət ərazinin sürüşmə zonası olduğunu, meydanda çatlar əmələ gəldiyini bildirsə də, rəsmi qurum bununla qətiyyən razılaşmır.
Artıq üç aya yaxındır ki, meydan bayraqsız qalıb. Qarşıdan 9 noyabr - “Dövlət Bayrağı Günü”nün gəldiyini nəzərə alsaq, işlərin yekunlaşacağı qənaətinə gəlmək olar.
Amma bunu biz deyirik. Bəs görəsən rəsmi qurum nə deyir?
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidovun bildirdiyinə görə, texniki baxışın nə vaxt yekunlaşacağı hələ də məlum deyil:
“Biz əvvəlcədən də açıqlamışdıq ki, işlərin nə vaxt yekunlaşacağını demək qeyri-mümkündür. Qurğu çox böyük olduğuna görə, proses vaxt tələb edir. Hazırda reviziya işləri plana uyğun aparılır. Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi də prosesdə iştirak edir. Ancaq işlər nə vaxt başa çatacaq, bunu proqnozlaşdırmaq mümkün deyil. İndiyə qədər aparılan araşdırmalar zamanı hansısa problem müəyyən olunmayıb. Əgər belə hal aşkarlanarsa, bu barədə mətbuata açıqlama verəcəyik. Sadəcə qurğu bir metr deyil, iki metr deyil, dünyanın ən hündür dirəyidir. Ona görə də proses uzanır”.
N.Məcidov işlərin Dövlət Bayrağı Gününə qədər yekunalaşıb-yekunlaşmayacağı ilə bağlı məlumatsız olduğunu deyir:
“Mən bu suala cavab verə bilmərəm. Çünki məlumatlı deyiləm”.
Şöbə müdiri ərazinin sürüşmə zonası olması iddialarını da qəbul etmir:
“Bu barədə sizdə nə məlumat varsa, bunu həmin mənbə ilə araşdırın. Bizdə elə bir informasiya yoxdur. Biz ərazidə hər hansı sürüşmə qeydə almamışıq”.
Qurum rəsmisi “Əgər hər hansı təhlükə yoxdursa, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı niyə reviziya işlərinə cəlb olunub” sualını belə cavablandırıb:
“Qayda belədir. Bu cür qurğulara nəzarət Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müşayiətilə aparılır. Hətta bulvardakı karusellərə də FHN-nin nümayəndələri daim nəzarət edir. Bu, onların işidir. Nazirliyin xüsusi şöbələri var ki, onlar bu kimi proseslərə nəzarət edir, istər tikintidə olsun, istər Bayraq Meydanında, istərsə də bulvar ərazisində”.
N.Məcidovun sözlərinə görə, on il ərzində bu cür texniki baxış həyata keçirilməyib:
“Ona görə də vaxt aparır. Adətən il ərzində bir dəfə, 2-3, yaxud 10 günlük texniki baxış keçirilib. On ildə ilk dəfə əsaslı baxış keçirilir ki, bunun da vaxt aparması normaldır”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var