Ağdamın icra başçısı məhkəməyə çağırıldı
Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesdə iştirak etməsi üçün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova rəsmi məktub göndərib
R. Məmmədov dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun cinayət işi üzrə şahid qismində tanınıb.
T. İbrahimov R. Məmmədovun məhkəməyə çağırılması üçün bir neçə dəfə vəsatət qaldırıb. O, ittiham olunduğu dələduzluq əməlində vasitəçi olduğunu iddia edib.
Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.
20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var