Kanal rəhbərinin məhkəməsində hüquq müdafiəçisi ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahid qismində "Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi"nin sədri Mirvari Qəhrəmanlı ifadə verib. Bildirib ki, "Kanal 13"-lə müqavilə bağlayıblar və bir sıra maarifləndirici verilişlər çəkilib. Ə.Orucov isə deyib ki, müqavilələrlə bağlı vergilər ödənilib.
M. Qəhrəmanlı bildirib ki, “Kanal 13”-ə Əziz Orucov rəhbərlik edib və onu saf, ədalətli bir jurnalist kimi tanıyır.
Şahid Alış Abdulla isə kanalda təcrübə keçdiyini, maaş almadığını deyib. O, Ə. Orucovun maddi sıxıntılarının olduğunu qeyd edib.
Şahid Ruslan Əhmədov isə kanalda üç ay müxbir kimi çalışdığını, əmək müqaviləsi bağladığını və ayda 300 manat maaş aldığını bildirib.
Proses oktyabrın 24-də davam edəcək.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var