“Polisləri Müşfiqin adamları bildik...” - Silahlı insidentin təfərrüatı
Dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadənin yaralanması ilə nəticələnən insidentin təfərrüatı məlum olub.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, insidentə səbəb söyüş olub. Belə ki, iki-üç gün əvvəl cinayətdə adı hallanan şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.
Rəis müavininə atəş açanlar - Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər:
“Əgər polis olduqlarını bilsəydik atəş açmazdıq. O zaman ancaq xuliqanlıq maddəsi ilə dindiriləcəkdik, uzağı 1000 manatla buraxıla bilərdik”.
Əldə etdiyimiz digər məlumata görə, saxlanılanlar iş adamı Hafkanın mühafizəçiləri olublar, lakin hazırda onunla çalışmırlar.
Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var