Dağlıq Qarabağa icazəsiz gedən türkiyəlilər İlham Əliyevə müraciət etdilər: - "Yanlış anlaşılmışıq..."
Erməni işğalı altındakı torpaqlara icazəsiz səfər edən türk yazıçı və siyasətçilər prezident İlham Əliyevə məktub göndəriblər.
Yenicag.az xəbər verir ki, Türkiyəli sabiq millət vəkili Ufuk Uras, jurnalist-köşə yazarları Ali Bayramoğlu, Erol Katırcıoğlu və Sait Çetinoğlu 22 sentyabrda İrəvanda baş tutan iclasda iştirak etdikdən sonra Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağa səfər edərək, Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar veriblər.
Məlumata görə, adıçəkilən şəxslər “vəziyyətin mülayimləşdirilməsi və onları gözləyən hüquqi sanksiyaların ləğv olunması” məqsədilə prezident İlham Əliyevə məktub yazıblar.
Məsələ ilə bağlı saytımıza məlumat verən mənbə bildirib ki, Azərbaycanın torpaq bütövlüyünü pozaraq, erməni işğalı altındakı Qarabağ bölgəsinə gedən türkiyəli siyasətçi və yazarların prezidentə ünvanladığı məktubda bölgəyə xoşməramlı səfər etdikləri qeyd olunub. Onlar oradakı çıxışları zamanı Xocalı soyqırımını qəti şəkildə qınadıqlarını və bu məsələnin beynəlxalq səviyyədə müzakirəyə çıxarılmayacağına ümid etdiklərini əlavə ediblər.
Azərbaycan Respublikası baş prokuroru Zakir Qaralov məsələ ilə bağlı keçən həftə açıqlama verərək, türkiyəli siyasətçi və yazarlar barədə hüquqi prosesin başlaması üçün Türkiyənin müfaviq qurumlarına müraciət edildiyini söyləyib. Dövlət sərhədlərini pozaraq, erməni işğalı altındakı Azərbaycan torpaqlarına səfər edən dörd Türkiyə vətəndaşı sentyabr ayının 27-də İnterpolun axtarışına verilib və onlar barədə qırmızı bülleten çıxarılıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var