Azərbaycanlı uşaqlar İraqdan niyə gətirilmir?
Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlar davam etdirilir.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, həmin şəxslərlə uşaqlar arasındakı qohumluq əlaqələrinin müəyyən edilməsi istiqamətində dəqiqləşmələr aparılır, zəruri addımlar atılır. Azərbaycanın İraqdakı səfirliyi də məsələni daim diqqətdə saxlayır və həmin ölkənin müvafiq orqanları ilə davamlı təmasdadır”.
Nazirlik rəsmisi azyaşlıların ölkəmizə gətirilməsi prosesinin uzun müddət almasına da münasibət bildirib:
“Bu kimi hallarda dövlətlərarası münasibətlər zəminində prosedurlar var. Məsələ o prosedurlara uyğun olaraq dövlətlərarası konsulluq münasibətləri zəminində həllini tapmalıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar digər ölkənin ərazisindədir və həmin ölkənin ərazisində gedən proseslərin əhəmiyyəti olduqca vacib və önəmlidir”.
Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təlafər şəhərindən xilas edilərək, Bağdada gətiriliblər. İlk dəfə Rusiya televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.
Onların valideynlərinin İŞİD terror təşkilatına qoşulduğu və daha sonra öldürüldüyü bildirilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var