Muxtar Babayev oğurluq edən futbolçunu azadlığa necə çıxardı?
Oğurluğda təqsirli bilinən “Sumqayıt” klubunun futbolçusu Nicat Muxtarov artıq azadlığa çıxıb.
O, artıq 3 gündür ki, sərbəst buraxılıb. (qafqazinfo)
Yenicag.az-ın əldə etdiyi məlumata görə, oğurluq edən futbolçunun azadlığa çıxmasında “Sumqayıt” klubunun Müşahidə Şurasının sədri, “Azərkimya” İstehsalat Birliyinin rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayevin daha çox rolu olub. Nicat Muxtarov həbs olunandan sonra Babayev yaxın çevrəsi ilə olan əlaqələrini işə salıb, futbolçunun azadlığa çıxması üçün hətta “hörmət” də edib.
Bu barədə oktyabrın 2-də yayımladığımız xəbərdə də qeyd etmişdik. Görünür, Muxtar Babayev üçün Azərbaycan Respublikasının qanunlarını hansısa vasitə ilə də pozmaq adi hala çevrilib. Amma onu da nəzərə almaq lazımdır ki, oğurluq edən şəxs belə asanlıqla həbsdən çıxırsa, bunun nəticəsi sonrada daha ağır ola bilər.
Qeyd edək ki, Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm “Sumqayıt”ın “Kəpəz” və “Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.
“Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidir. Nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. İddia olunur ki, futbolçu da 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açıb, yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb.
Sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanmasında şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub.
Hadisədən sonra dəstə üzvləri kabelləri A.Mehdiyevin avtomobilinə qoyaraq dəniz kənarında yandırıblar və mis halında Sumqayıt şəhərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...