SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Arif Əsgərovun oğlunun başı 48 milyonluq qalmaqaldan açılmır...üzünə durdular

Arif Əsgərovun oğlunun başı 48 milyonluq qalmaqaldan açılmır...üzünə durdular

Tarix:

9-10-2017, 09:32

/ 58 234 dəfə oxundu.
Arif Əsgərovun oğlunun başı 48 milyonluq qalmaqaldan açılmır...üzünə durdular

“Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun başı 48 milyonluq qalmaqaldan açılmır
Sabiq nazir müavini və oğlu Elnar Əsgərov hələ də həbs təhlükəsi ilə üz-üzə qalıblar.
A.Əsgərovun baldızı oğlu Emil Hüseynovu qurban verməklə oğlunu xilas etməsinə baxmayaraq, qalmaqallı cinayət işi üzrə məhkəmə prosesi davam edir. Amma gedişat göstərir ki, Əsgərovların vəziyyəti ürəkaçan deyil.
Ziya Məmmədovun tamamilə zəiflədilməsi və bacısının belə işdən çıxarılması Əsgərovun mövqeyini ağırlaşdırır. Ortada 48 milyonluq mənimsəmə faktı və məhkəmədə gedən bir iş var.
Yəni, yuxarılar heç də A.Əsgərova qahmar çıxmırlar. Həmin məbləğin geri qaytarılması mümkün olmasa sabiq məmur və oğlunun başı möhkəm ağraya bilər.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib. O, xalası oğlunun biznes əlaqələrindən, gördüyü işlərdən xəbəri olmadığını deyib.
İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.
Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
“Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun qarışdığı 48 milyon manatlıq dələduzluq əməli ilə bağlı qaranlıq məqamlar var.
Elnar Əsgərovun və onun xalası uşaqlarının bu misli görünməmiş maliyyə fırıldağının qurbanlarından biri də mərhum vitse-spiker, Azərbaycan konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas, ziyalı Zakir Zeynalovun ailəsidir.
Əslində bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu Elnar Əsgərov gəlir və bütün pullar ona çatırmış. Saxlanılan R.Hüseynovun əvvəlcə Arif Əsgərovun bacısı oğlu olduğu deyilmişdi .
Lakin daha sonra “Azərbaycan Dövlət Dəmiryolları” ASC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov onun A.Əsgərovun baldızı oğlu olduğunu açıqladı.
Məhkəmədə E.Əsgərov xalası oğlunun biznesindən xəbərsiz olduğunu desə də, mərhum Z.Zeynalovun xanımı Çimnaz Zeynalova məmur oğlunu ifşa edib:
“Böyük oğlum Adil bir gün mənə bildirdi ki, Arif Əsgərovun oğlu Elnar Əsgərovla iş görəcək və ona müəyyən məbləğdə pul lazımdır.
Belə ki, Elnarla aralarında olan danışığa əsasən müəyyən miqdarda vəsait qoymaqla yaxşı gəlir əldə etmək mümkün imiş.
Adil məni inandırdı ki, Elnarla iş görsələr, pul geri qayıdarkən üstündə müəyyən məbləğ artıq qayıdar və bu da bizə qazanc olar.
Pulları Adilə verdikdən sonra müvəqqəti olaraq kirayə evə köçməli olduq. Bir müddətdən sonra isə Adil mənə dedi ki, Elnar verdiyimiz pulu mənimsəyir və qaytara bilməyəcəyini deyir.
Məsələ belə olunca dəfələrlə Arif Əsgərovla əlaqə yaratmağa çalışsam da bu heç cür mümkün olmayan bir işə çevrilirdi.
Müraciətim və zənglərim cavabsız qalırdı. Hətta Arif Əsgərovun rəhbəri olduğu idarəyə dəfələrlə getməyimə baxmayaraq məni qəbul etmədi və qapıdan qayıtmalı oldum”.
E.Əsgərov məhkəmədə bildirib ki, xalasından pul alaraq zərərçəkmiş şəxsə qaytarıb: “Emilin anasından, yəni xalam Lətifədən 500 min dollar, daha sonra 200 min dollar da alıb, Emin Məmmədova vermişəm. Bunu da xalamın xahişi ilə etmişəm”.
Təqsirləndirilən şəxs E.Hüseynov E.Əsgərovun yalan danışdığını və doğruları danışmadığını deyib.
O söyləyib ki, zərərçəkmiş şəxslərdən alınam pullar E.Əsgərova verilib: “Zərərçəkmiş şəxslərin hamısına dəymiş zərər ödənilib, yalnız Eçin Məmmədovdan başqa”.
Zərərçəkmiş Emin Məmmədov da E.Əsgərovun yalan danışdığını söyləyib. E.Hüseynovun vəkili deyib ki, E.Əsgərovun ifadəsində ziddiyyətlər var.
Məhkəmə E.Əsgərovun istintaqa ifadəsində ziddiyyətlər olan məqamları elan edib. E.Əsgərov qeyd edib ki, xalası oğlunun başqa şəxslərdən aldığı pulları özü ödəyib.

Şərhlər

XƏBƏR LENTİ