SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Kürdüstana görə Azərbaycan pasportunu yandıracağını deyən məmura SəRT CAVAB

Kürdüstana görə Azərbaycan pasportunu yandıracağını deyən məmura SəRT CAVAB

Tarix:

27-09-2017, 13:58

/ 55 362 dəfə oxundu.
Kürdüstana görə Azərbaycan pasportunu yandıracağını deyən məmura SəRT CAVAB

"Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, məni işdən Müstıqil Kürdüstana görə çıxardınız, mən də gedib Azərbaycan pasportumu yandıracağam. Buna oldu-bitdi kimi yanaşa bilmərik”.

Bunu millət vəkili Fazil Mustafa Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanırverdiyev müstəqil Kürdüstanı dəstəkləməsi ilə bağlı bəyanatına rəy bildirərkən qeyd edib.

Fazil Mustafanın sözlərinə görə, Müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir.) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik.

"Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir. İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib? Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”, - deyə millət vəkili bildirib.

Qeyd edək ki, Fizuli Tanırverdiyev özünün "Facebook" səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Şərhlər

XƏBƏR LENTİ