Ziya Məmmədovun bacısı valideynlərin pulunu qaytaracaq?
“Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın Bakı Tikiş Evinin 40 manata satdığı məktəbli formalarını 120 manata liseyin şagirdlərinə zorla satdırması hələ də gündəm mövzusudur.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı olan liseyin direktoru M.Məmmədovanın məhz bu əməlinə görə Təhsil Nazirliyi tərəfindən yoxlamalara başlanıldığı və onun işdən uzaqlaşdırıldığı bildirilsə də, valideynlərin pulu hələ qaytarılmayıb. Maraqlıdır, 120 manata məktəbli forması almağa məcbur edilən valideynlərə artıq ödədikləri məbləğ geri qaytaracaqmı?
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələdən məlumatsız olduğunu bildirib: “Bu barədə məlumatım yoxdur”.
Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılıb. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi isə BTE tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata zorla satdırdığı barədə şikayətlərin olduğu göstərilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var