Məşhur taksi şirkətini aldığı deyilən Əhəd Abıyev təhqir etdi - "Onu deyənin... kamaz şoferiyəm, nəyəm?"
Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılması haqda məlumat yayılıb.
Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Aztaksi” adı ilə mesajlar da göndərilir.
Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edib.
xalqxeber.az xəbər verir ki, a24.az sözügedən məsələ ilə bağlı Ə, Abıyevdən açıqlama alıb. O, məlumatın yanlış olduğunu və elə bir taksi şirkətinin olmadığını bildirdi.
“Mənim haqqımda bu yalan məlumatı yayan başından böyük “səhv” edir. Hansısa müxbir araşdırmadan haqqımda məlumat yayır. Sonra mənə zəng edib, əsəbləşdirirlər. Haqqımda bu məlumatı yayanı… kamaz şoferiyəm, nəyəm?(Etik qaydaları gözləmək məcburiyyətindəyik-red.) Necə deyirəm elə də yaz. Mən dövlət qulluqçusuyam. Taksi şirkəti nəyimə lazımdır? Şükür, öz vəzifəm var. Bu, mənə bəs edir.”

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var