Ziya Məmmədovun bacısı bu səbəbə görə işdən çıxarılıb? (VİDEO)
Keçmiş məqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarıldığı bildirilir. Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib, hətta təkzib olunub.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bununla bağlı açıqlamasında bildirib ki, hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: “Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”.
Liseydən özündən verilən açıqlamada da bildirilib ki, Məhbubə Məmmədova 3 gündür səhhəti ilə bağlı işə çıxmır: “Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.
Bu arada "Lider TV" bununla bağlı xüsusi sujet hazırlayıb. Telekanal iddia edib ki, Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.
Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini "Lider TV" əməkdaşına deyiblər.
Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var