Deputat İqbal Məmmədov 1 milyonluq işi uddu
Deputat İqbal Məmmədovun 1 milyonluq 3 mənzili üçün məhkəmə çəkişməsində onun xeyrinə qərar çıxarılıb.
Deputat öncə mənzillərini geri qaytarmaq üçün Xətai rayon Məhkəməsinə müraciət edib.
İddia ərizəsində qeyd edib ki, 2008-ci ildə “STS” şirkətinə 654 min dollar ödəyərək F.Bayramov küçəsində yerləşən 24 mərtəbəli binadan 2-i üçotaqlı, 1-i dördotaqlı olmaqla 3 mənzil alıb. İ.Məmmədov əlavə edib ki, hətta 7940 dollar da borcu qalıb.
Onun pulu ödədiyi “STS” şirkətinin rəhbərliyi binanın tikintisini başa çatdıra bilməyib və həbs ediliblər. Sonradan isə “Sahil-D Company” şirkəti tikintini davam etdirib və mənzilləri satışa çıxarıb. Həmin 3 mənzili “Sahil-D Company” şirkəti Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədova satıb. Adıçəkilən şəxslər hazırda həmin mənzillərdə yaşayırlar.
Deputat İqbal Məmmədov isə məhkəmədən tələb edir ki, onun “STS” şirkəti ilə bağladığı müqavilə “Sahil-D Company” şirkəti ilə bağlanmış hesab edilsin və mənzilllər boşaldılaraq ona qaytarılsın. Bu təqdirdə, qalan borcunu da ödəməyə hazır olduğunu bildirib.
Hakim Səadət Səlimova deputat İqbal Məmmədovun iddiasını rədd edib. Qərara görə, deputat pulunu “STS”dən tələb etməlidir. İ.Məmmədov narazı qalıb və qərardan apellyasiya şikayəti verib.
O, eyni zamanda Nərimanov rayon məhkəməsinə də müraciət edib. Adıçəkilən şirkətlərin hüquqi ünvanı bu rayondadır. Hakim Abbas Əliyevin icraatında olan prosesdə qərar elan olunub.A.Əliyev hesab edib ki, Ş.Məmmədov, S,Əliyev və Ə.Məmmədovun müqavilələri etibarsızdır. Hakim, deputat İqbal Məmmədovun müqaviləsini əsas sayıb və 3 mənzilin boşaldılaraq millət vəkilinə təhvil verilməsi barədə qərar çıxarıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var