Vəkil polkovnikə bəraət istədi
Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə vəkil Cavid Rzazadə çıxış edərək müvəkkili, polkovnik Səlim Məmmədovun barəsində bəraət hökmü çıxarılmasını, dərhal həbsdən azad edilməsini, özünün və ailə üzvlərinin əmlaklarının üzərinə qoyulan həbsin götürülməsini, mənzildə axtarış zamanı götürülən əşyaların geri qaytarılmasını istəyib. Həmçinin, zərərçəkənlər tərəfindən irəli sürülən mülki iddiaların təmin edilməməsini xahiş edib.
Bundan sonra general Akif Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışına başlayıb. Hazırda Rəsulov çıxışını davam etdirir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var