Hamilə qalan 12 yaşlı qızla bağlı qərar verildi
Balakəndə zorlanan 12 yaşlı qızın hamiləliyinin davam etdirilməsinə qərar verilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, uşağın saxlanılmasına qərar verilib. Çünki həm anaya, həm də körpəyə baxış keçirilib, hər ikisi müayinə edilib və qərara alınıb ki, hamiləlik davam etdirilsin: “Heç bir patalogiya aşkarlanmayıb. Hazırda hər ikisi həkim nəzarəti altındadır. Növbəti həftələrdə yenidən müayinələr olacaq, sonra müvafiq qərarlar veriləcək”.
Qeyd edək ki, Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda faktla bağlı cinayət işi başlanılıb və istintaq davam edir. Təqsirləndirilən şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur. Barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var