“Masallı Rafiq” qulağının qisasını aldı - Tbilisidəki qətlin təfərrüatı
Gürcüstanda qətlə yetirilən azərbaycanlı avtoritet Elşən Məmmədovun görüntüləri yayılıb. Rusiya KİV-nə istinadən xəbər veririk ki, hadisənin bəzi təfərrüatları üzə çıxıb.
“Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub. Araşdırmalar zamanı aydın olub ki, E.Məmmədov restoranda İlham Haciyev adlı şəxslə və “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bir neçə yaxın adamı ilə yemək yeyib. Şahidlərin sözlərinə görə, hər kəs masa arxasında oturduğu zaman gözlənilmədən mərhum yerindən qalxıb və maşınına gedib və həmin an atəş səsləri eşidilib.
Onu da bildirək ki, şübhəli qismində əvvəllər məhkumluğu olmayan 20 yaşlı oğlan saxlanılıb. Araşdırmalara zamanı gəncin Gürcüstana 2 gün əvvəl giriş etdiyi, lakin cinayətlə əlaqəsi olmadığı aydın olub.
Qeyd edilir ki, öldürülən şəxs Lotu Qulinin ən amansız “cəllad”larından olub. Rafiq Masallinski kimi tanınan Rafiq Eyvazovu restorana qonaqlığa dəvət edib, daha sonra sol qulağını kəsərək görüntülərini videoya çəkib yayımlayan da məhz Elşən Məmmədov olub.
Baş verən qətl Rafiqin qisası kimi dəyərləndirilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var