SON DƏQİQƏ
XalqXeber.Az » Azərbaycanda toyda müğənni və sürücüsü DÖYÜLDÜ

Azərbaycanda toyda müğənni və sürücüsü DÖYÜLDÜ

Tarix:

14-10-2022, 11:10

/ 494 dəfə oxundu.
Azərbaycanda toyda müğənni və sürücüsü DÖYÜLDÜ

Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ