SON DƏQİQƏ
XalqXeber.Az » Rusiyalı oliqarx lüks yaxtasını Türkiyəyə göndərdi

Rusiyalı oliqarx lüks yaxtasını Türkiyəyə göndərdi

Tarix:

12-05-2022, 16:00

/ 432 dəfə oxundu.
Rusiyalı oliqarx lüks yaxtasını Türkiyəyə göndərdi

 
Rusiyalı oliqarx Dmitri Kamenşçikə məxsus dəyəri 400 milyon dollar olan dəbdəbəli yaxtanın Qərb ölkələrinin sanksiyalarından qurtulmaq üçün Türkiyəyə getdiyi bildirilir.

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət Dominikan Respublikasının paytaxtı Santo Dominqoda bir limanda olan "Uçan Tülkü" adlı yaxta, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı ilə bağlı başlatdığı istintaqın ardından buradan ayrılaraq Türkiyəyə istiqamət alıb.

ABŞ-ın tələbi ilə Dominikan səlahiyyətliləri gəmini bir müddət ələ keçirərək axtarış aparıblar.

400 milyon dollarlıq nəhəng yaxtanın böyük bir hovuzu, kinoteatrı, xəstəxanası və iki helikopter meydançası var. Dmitri Kamenşçik Moskvanın Domodedovo hava limanının rəhbəridir və "Forbes"in məlumatına görə, onun sərvəti 2,1 milyard dollardır.

Şərhlər

XƏBƏR LENTİ