Azərbaycanlı milyarderin arvadına aldığı lüks yaxta tapıldı - FOTO
ABŞ-da həbsdə olan azərbaycanlı iş adamının həyat yoldaşına bağışladığı bahalı yaxtası üzə çıxdı.Məlumata görə, əslən Cənubi Azərbaycan olan Rza Zərrab həyat yoldaşı Ebru Gündəşlə ailə qurduqdan sonra lük yaxtasını "60 years" (60 il) adlandırıb.
Cütlük müntəzəm olaraq bu yaxta ilə dəniz səyahətinə çıxıb. lakin iş adamı həbs edildikdən sonra yaxta suya endirilməyib. 45 metrlik yaxta hazırda Bodrumda limanda saxlanılır. Bahalaəı dəniz gəmisinin işçiləri işdən çıxarılıb. Özü isə limanda demək olar ki, tərk edilib. Onun Zərrabın müsadirə edilən əmlakının siyahısında olub-olmadığı bəlli deyil.
Xatırladaq ki, yaxtanın adı evlənirkən Zərrabın həyat yoldaşına " 60 il heç ayrılmayacağıq" sözündən götürülüb. Zərrab hətta bu ifadəni sinəsinə döymə etdirib, lüks villasının girişində də yazdırıb. 7 milton avro dəyəri olan yaxta 2012-ci ildə suya endirilib. Əslən Cənubi Azərbaycandan olan R.Zərrab iki il öncə çirkli pulların yuyulması, İrana qarşı sanksiyaları pozmaq, bank sənədlərini saxtalaşdırmaq ittihamları ilə istirahət üçün getdiyi ABŞ-da həbs edilmişdi. Bir necə gün öncə onun azad edildiyi barədə xəbərlər yayılsa da, ABŞ tərəfi bunu təkzib edib. Hazırda iş adamının məhkəməsi gedir.



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır