Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***
İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.