Prezident Qobustanda yeni modul tipli xəstəxananın açılışında iştirak edib - Foto

Prezident Qobustanda yeni modul tipli xəstəxananın açılışında iştirak edib - Foto Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.
Prezident Qobustanda yeni modul tipli xəstəxananın açılışında iştirak edib - Foto


Geri qayıt