yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sakinlər çıxış yolunu bunda gördülər - FOTOLAR

Sakinlər çıxış yolunu bunda gördülər - FOTOLAR
28-06-2017, 11:10 56 482 dəfə baxılıb

Binəqədi rayonu Firdovsi Vəliyev küçəsinin sakinləri yolun yaxşı təmir edilməməsi və məişət tullantılarının atılması üçün zibil yeşiklərinin qoyulmamasından şikayət edirlər. Sakinlər bununla bağlı müraciət ediblər.
Ərazidə yaşayan Zaur Nurməmmədov bildirir ki, küçədə təmir işləri keyfiyyətli aparılmayıb. Nurməmmədov hətta bu barədə şikayət məktubu ilə Binəqədi Rayon İcra Hakimiyyətinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə də müraciət edib. Məktubun cavabı isə belə olub: " Məktubunuzu aldıq, şikayətiniz araşdırılacaq". Ancaq o gündən bu günə qədər məsələ ilə maraqlanan olmayıb.
Şikayətçi sakinlər deyirlər ki, "Azərsu" ASC həmin küçədə iki dəfə – 2015 və 2016-cı illərdə qazıntı işləri aparıb. Sonradan qazılan ərazi yaxşı təmir edilməyib: "Təmir zamanı biz yaxınlaşıb iradımızı bildirdik ki, belə təmir olmaz, yol sıradan çıxacaq. Amma bizi dinləyən olmadı. İndi bir balaca yağış yağan kimi həmin çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür. O vaxt yolu "Azəravtoyol"-un əməkdaşları bərpa edirdilər". Nurməmmədovun sözlərinə görə, sakinlər bu məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə, "Azəravtoyol" ASC və "Azərsu" ASC-yə məktubla müraciət ediblər. Amma dediklərinə görə, bu günə kimə heç bir qurum küçədəki vəziyyətlə maraqlanmayıb.
Şikayətçi sakin həmçinin bildirir ki, küçədə sakinlərin məişət tullantılarını atması üçün zibil qutuları da qoyulmayıb. Elə bu səbəbdən də, çarəsiz qalan sakinlər qapılarına sıra ilə mismar vuraraq məişət tullantılarını qapılarından asırlar. Bu, həm də bir növ ərazidə zibil qutularının olmamasına etiraz əlamətidir. Həftənin iki günü isə İcra Hakimiyyətinin xüsusi avtomobili və işçiləri gəlib, qapılardan zibillər yığıb aparır. "İnanın ki, vəziyyət acınacaqlıdır. Düşünün, həftədə iki dəfə zibillər daşınır. Qapılara nə qədər zibil yığılır, təsəvvür edin. Bir dəfə qonşulardan biri övladı üçün toy edirdi. Düşüb qapılardan bir-bir zibilləri yığdı ki, video çəkilişlər zamanı qapılardakı zibillər kameraya düşməsin" — Nurməmmədov qeyd edib.
Şikayətçi bildirir ki, bu məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət edilsə də, heç bir nəticə əldə edə bilməyiblər. Onlara bildirilib ki, küçəyə zibil qutularının qoyulması üçün yer verilmir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol qurumun balansında deyil: "Binəqədi rayonu ərazisində bəzi küçələr icra hakimiyyətinin və bələdiyyənin balansındadır. Bizim siyahımızda həmin küçənin adı yoxdur". "Ola bilsin ki, ərazidə hər hansı bir qurum yeraltı kommunikasiya xətlərinin çəkilməsi ilə bağlıq qazıntı işləri aparıb. Qazıntını hansı qurum aparırsa, təmir və bərpa işləri də həmin qurum tərəfindən həyata keçirilməlidir. "Azəravtoyol" ümumiyyətlə həmin ərazidə heç bir iş aparmayıb" — Nəcəfli vurğulayıb. "Azərsu" ASC nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə isə, ərazidə qazıntı işləri 2015-2016-cı illərdə deyil, 2014-2015-ci illərdə aparılıb. Amma sonradan qazılan yerlərə qurum tərəfindən asfalt salınıb, yol bərpa edilib: "Aradan 2-3 il keçib, indi yol təmirsizdirsə, artıq bu, qurumun məsuliyyətində deyil. Ərazi yeni salınmış yaşayış massividir, orada asfalt salınmış yollar da var, belə yollar da".
Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Sputnik Azərbaycan
Sakinlər çıxış yolunu bunda gördülər - FOTOLAR
Sakinlər çıxış yolunu bunda gördülər - FOTOLAR
Sakinlər çıxış yolunu bunda gördülər - FOTOLAR
Sakinlər çıxış yolunu bunda gördülər - FOTOLAR
Sakinlər çıxış yolunu bunda gördülər - FOTOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: gorduler, yolunu, chixish, FOTOLAR, Sakinler, bunda,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ